

- 572 oxundu
- 25.06.2025 14:26
Bakı Hava Limanından Şəhər Mərkəzinə: 5 Ən Yaxşı Üsul
Bakıya ilk dəfə gələnlər, Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən sonra, şəhər mərkəzinə və ya otellərinə getməkdə əziyyət çəkir.
Bəziləri isə hələ birinci gündən xoşagəlməz hallarla, məsələn, taksi fırıldaqları ilə qarşılaşır.
Uçuşdan sonra saatlarla yolda olmuş bir insanın istədiyi tək şey rahat bir yataqda uzanmaqdır, elə deyilmi?
Elə bu səbəblə, sizlərə güvənilir bələdçi olsun deyə kompakt məqalə hazırlamaq qərarına gəldim: Bakı hava limanından şəhər mərkəzinə necə ən rahat və sürətli şəkildə gedə biləcəyinizi göstərmək üçün.
Bu marşrutu seçməyimin səbəbi odur ki, turistlərin 97%-i şəhərə ilk ayaq basanda məhz bu istiqamətdən istifadə edir.
Elə isə, bir stəkan çay və ya qəhvə götürün və pasport nəzarətindən sonra hansı addımı atacağınızı oxumağa başlayın.
Başlayaq.
#1. Bakı Hava Limanı Taksiləri
Əgər əvvəlcədən taksi sifariş verməklə vaxt itirmək istəmirsinizsə, Bakı aeroportundan çıxan kimi taksiyə minmək məntiqli seçim ola bilər.
İşinizi asanlaşdırmaq üçün Bakı hava limanında mövcud olan taksiləri 3 kateqoriyaya bölmək istərdim.
Belə ki, GYD-yə endikdə qarşınıza çıxacaq taksi növləri bunlar olacaq:
Dövlət taksi xidməti - “Baku Taxi”
Mobil tətbiqlər vasitəsilə çağıra biləcəyiniz taksilər
Ənənəvi taksilər
İndi isə gəlin bu taksi xidmətlərin hər birinə ayrıca baxaq və Bakı hava limanından şəhər mərkəzinə olan təxmini qiymətləri öyrənək.
a) Baku Taxi - Azərbaycandakı Yeganə Rəsmi Dövlət Taksi Xidməti
Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi “Baku Taxi” xidmətinə məxsus avtomobillər TX4 və LEVC TX London taksiləridir.

Digər taksi xidmətləri ilə müqayisədə onların göstərdiyi xidmət xeyli üstündür.
Bu taksilər adətən təmiz olur; içərisi genişdir və oturacaqları da rahatdır.
Sürücülərin davranışı və ümumi xidmət keyfiyyəti mərkəzi ofis tərəfindən daimi olaraq nəzarətdə saxlanılır.
Onları Terminal 1-in qarşısında düzülmüş vəziyyətdə görə və 1000 nömrəsinə zəng etməklə sifariş edə bilərsiniz:
Yaxud sadəcə terminalın çıxışında yerləşən stendə yaxınlaşıb birbaşa oradan da taksi sifariş etmək mümkündür.
Qiymət məsələsinə gəlincə:
İstər TX4, istərsə də daha rahat olan elektriklə işləyən LEVC TX taksilər üçün qiymətlər kilometrlə hesablanır.
Məsələn, GYD-dən şəhər mərkəzinə (28 May metro stansiyasına) getmək istəsəniz, London taksi qiymətləri təxminən 35-55 AZN (20-32 USD) civarında olacaq.
25 kilometrlik bir yol üçün bu qiymət elə də yüksək sayılmaz və üstəlik, problemsizdir.
b) Bakı Hava Limanında Mobil Tətbiqlərlə Taksi Çağırmaq
Bakı hava limanından şəhər mərkəzinə taksilə getmək istəyənlər üçün ikinci variant mobil tətbiqlərlə taksi sifariş etməkdir.

Google və Apple store’larda bir çox belə tətbiqlər mövcuddur; Yango, Uber, Bolt və s. kimi.
Əgər istəyirsinizsə, bu tətbiqlərdən birini telefonunuza yükləyib, birbaşa oradan taksi sifariş edə bilərsiniz.
Bu mövzu ilə bağlı da ətraflı bir yazı da hazırlamışdım - “Bakıdakı ən Yaxşı Taksi Tətbiqləri”.
Orada həm tətbiqlərin üstünlükləri, həm də Bakı hava limanından şəhər mərkəzinə taksi qiymətləri haqqında ətraflı məlumat tapa bilərsiniz.
Göz atmağa dəyər.
Qısaca desəki, hal-hazırda bu tətbiqlər arasında ən yaxşısı Yango-dur.
Digər tərəfdən, əgər taksi ilə getmək istəyirsinizsə, bu metod ən ucuz variant sayılır.
Amma birinci dəfə Bakıya gələnlər üçün bu üsulu məsləhət görməzdim.
İnanın, ilk gündən bu əziyyətə dəyməz.
c) GYD Hava Limanında Ənənəvi Taksi Xidməti
Sonuncu taksi seçimi isə ənənəvi üsuldur - yəni birbaşa Terminal 1-in taksi dayanacağından adi taksilərə minmək.

Əslində, onları axtarmağa belə ehtiyac qalmayacaq - onlar sizi özü tapacaq və yaxınlaşacaq.
Ola bilsin ki, bəziləriniz üçün bu taksilərlə yolculuq problem deyil, amma mənim şəxsi fikrimcə bu, o qədər də etibarlı taksi növü deyil.
Əlbəttə, aralarında çox mehriban və səmimi sürücülər də var. Amma bəziləri olduqca hiyləgər ola bilir; dünyanın hər yerində olduğu kimi.
Klassik taksilərlə Bakı hava limanından şəhər mərkəzinə olan qiymət, əsasən, sizin razılaşma bacarığınızdan asılıdır.
Əgər kifayət qədər bacarıqlısınızsa, sərfəli qiymətlə mərkəzə gedə bilərsiniz.
Gəlin indi keçək növbəti nəqliyyat üsuluna; yəni ən ucuz olana.
#2. Aero Ekspress Bakı
Aero Ekpress, sərnişinlər üçün nəzərdə tutulmuş, cədvəl üzrə hərəkət edən ikimərtəbəli Bakı hava limanı avtobusudur və şəhər mərkəzinə çatmaq istəyənlər üçün digər bir vasitədir.
Yeri gəmişkən, bu nəqliyyat vasitəsi, Heydər Əliyev Hava Limanından şəhər mərkəzinə getmək üçün ən ucuz üsuldur.

Aero Ekpress avtobusu aşağıdakı qrafiklə işləyir:
Səhər saat 06:00-dan gecə 23:15-ə qədər
Gecə 23:15-dən səhər 06:00-a qədər
Fərq nədir bilmək istəsəniz - sadəcə interval dəyişir.
Yəni:
Gündüz saatlarında - hər 25 dəqiqədən bir
Gecə saatlarında isə - hər 45 dəqiqədən bir
Bundan əlavə, Ekpress avtobusları şəhər istiqamətində 3 dayanacaqda dayanır:
Suraxanı Körpüsü
Koroğlu metro stansiyası
Bakı Dəmir Yolu Vağzalı (28 May metro stansiyasının yaxınlığı)
Bu avtobuslara minmək üçün “BakıKart” aparatlarından Bakı Kartı almaq kifayətdir. Bakı Kartı Terminal 1-in qarşısındakı dayanacaqdan əldə edə bilərsiniz.
Bakı Kart çoxistifadəli nəqliyyat kartıdır, qiyməti 2 AZN-dir (təxminən 1.2 USD).
Kartı aldıqdan sonra etməli olduğunuz şey aparatla pul köçürməkdir.
Bir nəfərlik avtobus haqqı 1.30 AZN-dir (təxminən 75 sent).
Bu kartı təkcə hava limanı avtobusunda yox, Bakı metrosu və şəhər daxili avtobuslarda da istifadə edə bilərsiniz.
Faydalı Məsləhət: BakıKart almaq və pul köçürməsi etmək üçün üzərinizdə manat olmasına diqqət edin. Dollar və ya bank kartları keçmir; yalnız manat, nağd formada.
Qısası, Ekpress avtobuslar - cədvəl üzrə işləyən, sərfəli və sabit qiymətli marşrut istəyənlər üçün ən yaxşı variantdır.
Dəyərləndirin, məncə.
#3. Bakı Hava Limanı Transfer Xidmətləri
Bakı hava limanından şəhər mərkəzinə getmək üçün əvvəlcədən bron edilmiş şəxsi transfer xidməti də rahat bir seçimdir.
Səyahətə çıxmazdan əvvəl etibarlı və peşəkar transfer şirkəti tapmaq kifayət edir.

Ən uyğun və baş ağrısız variant kimi görünsə də, əsas məsələ doğru xidmətə rast gəlməkdir.
Narahat olmağa dəyməz.
Baku Holiday Travel ehtiyaclarınıza uyğun ən yaxşı və çoxçeşidli transfer seçimlərini təklif edir.
Sadəcə bht.az saytına daxil olun və “Transferlər” bölməsinə klikləyin.
“Haradan” axtarış yerinə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı (GYD), “Haraya” axtarış hissəsinə isə, getmək istədiyiniz adresi qeyd edin; məsələn, Fairmont Baku oteli.
Sonra ardıcıl olaraq aşağıdakı məlumatları daxil edin:
Uçuş gəliş vaxtı
Sərnişin sayı (məsələn, 2 böyük, 2 uşaq)
3 saniyə sonra mövcud bütün nəqliyyat seçimləri və qiymətləri qarşınıza çıxacaq.
Bu şəkildə:

Hazırda (bu yazını yazdığım zaman) seçimlər arasında 9 fərqli transfer xidməti var. Avtomobil tipləri isə belədir:
Standard Sedan
Premium Minivan
SUV və s.
Bundan başqa, sistemdə Berlin Brandenburg Hava Limanı kimi beynəlxalq hava limanları üçün də transfer sifarişi etmək mümkündür.
Qısası, Bakı Beynəlxalq Hava Limanından son təyinat nöqtənizə rahat çatmaq istəyirsinizsə, bu üsulu mütləq nəzərdən keçirin.
Xüsusilə uşaqlı ailələr üçün, toy və ya tədbirə tələsənlər üçün, yaxud sadəcə baş ağrısı istəməyən və rahatlıq axtaran insanlar üçün idealdır.
#4. Otel Servisləri
Bakı hava limanından şəhər mərkəzinə getmək üçün dördüncü variant - otel servisləridir.

Ola bilər ki, oteliniz ümumiyyətlə şəhər mərkəzində yerləşmir.
Bu halda da, birbaşa otelinizə qədər çatmaq üçün otelin servisindən istifadə edə bilərsiniz; harada yerləşməsindən asılı olmayaraq.
Amma açıq danışsaq, Bakıda bir çox otel bu servisi heç də pulsuz təqdim etmir.
Əgər siz JW Marriott Absheron kimi lüks 5 ulduzlu bir oteldə qalacaqsınızsa, çox güman ki, bu xidmət ödənişsiz olacaq.
Əks halda, otelin transfer xidmətinə görə sizdən əlavə ödəniş tələb oluna bilər - bu da adətən 30-70 AZN (təxminən 17-40 USD) arası dəyişir.
#5. Bakı Hava Limanında Avtomobil İcarəsi
Sonuncu üsul - Bakı hava limanında avtomobil icarəsi.
Əgər özünüz sükan arxasında olmaq və birbaşa hava limanından təyinat nöqtənizə getmək istəyirsinizsə, bu ən əlverişli üsuldur.

GYD Hava Limanında əsasən 3 beynəlxalq avtomobil icarə şirkəti fəaliyyət göstərir:
AVIS
Hertz
SIXT
Avtomobil icarəsi ilə bağlı bütün məlumatları - ödəniş üsulları, e-mail və telefon nömrələri də daxil olmaqla - yuxarıdakı rəsmi linkdən tapa bilərsiniz.
Qiymət məsələsinə gəlincə, Bakı hava limanında avtomobil icarəsi adətən günlük minimum 50-85 AZN (təxminən 30-50 USD) təşkil edir.
Bu isə, sözsüz ki, sadalanan üsullar arasında ən bahalı variantdır.
GYD-dən Təyinat Məntəqənizə Xoş Səyahət
Sizinlə Bakı hava limanından şəhər mərkəzinə getmək üçün bütün mümkün variantları bölüşə bildiyimi ümid edirəm.
Yalnız birini istisna etdim:
Bakı metrosu.
Niyə?
Çünki, hələ Heydər Əliyev Beynəlxalq Hava Limanına metro xətti yoxdur. Amma yaxın gələcəkdə olacaq. O zaman bu məqaləni də yeniləyəcəyəm.
Son söz olaraq - hansı nəqliyyat növünü daha çox bəyənirsiniz? Yaxud siz Bakı aeroportundan şəhər mərkəzinə gedərkən hansı problemlərlə rastlaşmısınız?
Şərhlərdə paylaşın ki, yeni gələnlər real təcrübələrdən öyrənsinlər.
Xoş və təhlükəsiz səyahət diləyilə!
Azərbaycan səyahətinizi planlaşdırmaqda köməyə ehtiyacınız var? Onlayn rezervasiya üçün bizimlə bu nömrə vasitəsilə əlaqə saxlayın » +994 992 72 22 27.
Rəy Yazın