Baku Holiday Travel-in təşkilatçılığı ilə Bakı İlahiyyat Kolleci tələbələri üçün məlumatlandırıcı infotur təşkil olundu. Tur zamanı iştirakçılara turizm sahəsi, peşəkar səyahət planlaması və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verildi.
-thumbWeb.jpeg)
-thumbMobile.jpeg)
- 60 oxundu
Bakı İlahiyyat Kolleci üçün Baku Holiday Travel-in təşkilatçılığı ilə məlumatlandırıcı infotur baş tutdu.
Tədbir tələbələrin nəzəri biliklərini təcrübə ilə birləşdirməsinə, eləcə də real turizm layihələrinin iş prinsiplərini yaxından görməsinə şərait yaratdı.
İştirakçılar həmçinin şirkətin daxili iş mexanizmləri, xidmət standartları və müştəri məmnuniyyəti strategiyaları ilə tanış olaraq sektorda praktik biliklər qazanmaq imkanı əldə etdilər. Bu kimi infoturlar gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına mühüm töhfə verir.