Tez-tez verilən suallar
Baku Holiday Travel yalnız turist vizası üzrə ixtisaslaşıb və əsasən Şengen ölkələri və ABŞ istiqamətində viza xidmətləri göstərir. Xidmətə sənədlərin toplanması, viza anketinin doldurulması, hotel və aviabilet rezervasiyası, viza görüşünün təyin olunması və ümumi müraciət prosesinin müşayiəti daxildir. Komandamız sizə hər mərhələdə dəstək olaraq sənədlərin düzgün hazırlanmasına və viza alma ehtimalınızın artırılmasına kömək edir.
BHT olaraq Avropa ölkələri (Şengen zonası),ABŞ, Kanada və Asiya ölkələri daxil olmaqla 30+ ölkə üçün viza dəstəyi təqdim edirik.
Bu ölkəyə görə dəyişir, lakin ümumi olaraq: pasport, şəkil, maliyyə sənədləri, iş yerindən arayış, rezervasiya sənədləri və s.
Xidmət haqqı ölkəyə və viza növünə görə dəyişir. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
Baku Holiday Travel yalnız turist vizası üzrə xidmət göstərir və əsas istiqamətlərimizə Şengen ölkələri, ABŞ, həmçinin digər seçilmiş turizm ölkələri daxildir. Vizaya müraciət prosesi üçün sənədlərin hazırlanması, anket doldurulması, rezervasiya və görüş təyini xidmətləri təqdim olunur
Əlbəttə. Əvvəlki rədd səbəbi təhlil olunaraq sənədlər yenilənir və yenidən düzgün şəkildə müraciət edilir
Bəli, bir çox ölkə, xüsusilə Şengen zonası və ABŞ, turist vizası üçün səyahət sığortasını məcburi şəkildə tələb edir. Sığorta səfər müddətində tibbi xərcləri və fövqəladə hallar üçün təminat verir. BHT olaraq vizaya uyğun sığorta xidmətini də təqdim edirik
Bəli, yalnız BirBank kartı olan müştərilər üçün 2 və ya 3 taksitlə ödəniş imkanı mövcuddur.
Yalnız BirBank kartları keçərlidir.
Digər bank kartları ilə taksit seçimi mövcud deyil.
Hissəli ödəniş yalnız erkən rezervasiya kampaniyaları üçün keçərlidir:
Antalya, Bodrum, Fethiye, Marmaris, Kuşadası, Monteneqro, Misir, Yunanıstan və s.
Uçuşa 14 gün qalmışadək ümumi məbləğin 30%-i ilkin ödəniş edilir. Qalan məbləğ hissə-hissə ödənilir.
Taksit — yalnız BirBank kartı ilə 2 və ya 3 ay ödənişdir.
Hissəli ödəniş — erkən rezervasiya üçün keçərlidir və ilkin ödəniş + hissə-hissə ödənişi əhatə edir.
Ödənişlər Azərbaycan manatı (AZN) ilə qəbul olunur. Əgər tur paketləri və ya xidmətlər xarici valyutada (məsələn, EUR/USD) təqdim olunubsa, həmin günün Mərkəzi Bank məzənnəsinə uyğun olaraq AZN ilə hesablanır və tətbiq edilir
İstiqamət, mövsüm, otel səviyyəsi və xidmətlərə görə dəyişir.
Həm fərdi, həm də qrup turları mövcuddur.
Bəli, Baku Holiday Travel-in rəsmi veb saytı və ya WhatsApp dəstək xətti vasitəsilə turu onlayn sifariş etmək mümkündür. Sürətli rezervasiya üçün sizə uyğun turu seçib, ödənişi rahatlıqla həyata keçirə bilərsiniz.
Bəli, Baku Holiday Travel olaraq fərqli mövzulara uyğun konsept turlar təqdim edirik. Mədəniyyət, gastronomiya, sağlamlıq, alış-veriş, bal ayı və daha çox sahələr üzrə fərdi və ya qrup halında təşkil olunan xüsusi proqramlı turlarımız mövcuddur.