• 61 oxundu

Ramil Rzayev “EY 2024”də Azərbaycanın Uğurlu Təmsilçisi

Baku Holiday Travel şirkətinin təsisçisi və direktoru Ramil Rzayev, Monakoda keçirilən nüfuzlu EY Business Leaders' Summit 2024 tədbirində Azərbaycanı təmsil edərək “İlin Biznes Adamı” nominasiyasının qalibi olub. Bu beynəlxalq platformada qazandığı uğur, onun liderlik keyfiyyətləriniAzərbaycan sahibkarlığının qlobal potensialını nümayiş etdirir.

Ramil Rzayevin beynəlxalq səviyyədə tanınması, Baku Holiday Travel-in turizm sahəsində tətbiq etdiyi innovasiyalarbht.az platforması vasitəsilə sektora gətirdiyi rəqəmsal transformasiyanı ön plana çıxarır. Onun strateji baxışı və yenilikçi yanaşması, təkcə şirkət üçün deyil, Azərbaycan turizmi üçün də mühüm irəliləyişdir. Bu uğur, gənc sahibkarlar üçün ilhamverici nümunədir.