ATM 2025 Dubay sərgisində!

Bu qlobal platformada iştirakımız bizə yeni tərəfdaşlıqlar qurmaq, turizm sənayesindəki ən son innovativ trendlərlə tanış olmaq və Azərbaycanın zəngin turizm potensialını beynəlxalq arenada yüksək səviyyədə təmsil etmək imkanı verdi.2013-cü ildən etibarən fasiləsiz fəaliyyət göstərən və yüksək xidmət keyfiyyəti ilə tanınan Baku Holiday Travel, sərgi çərçivəsində bir çox beynəlxalq turoperator və agentliklərlə xüsusilə məhsuldar görüşlər keçirdi. Şirkətimizin təqdim etdiyi VIP və fərdi turlar, eləcə də xüsusi hazırlanmış səyahət proqramları sərgi iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.Baku Holiday Travel-in əsas məqsədi Azərbaycanı daha geniş qlobal auditoriyaya tanıtmaq və regionun aparıcı, tanınmış turizm brendlərindən birinə çevrilməkdir. ATM Dubai 2025-dəki iştirakımız bu hədəfə doğru atılan mühüm strateji addım oldu.