• 43 oxundu

Almatı Prosesinin 3-cü Nazirlər Konfransının təşkil etdik!

Konfrans, beynəlxalq miqrasiya idarəçiliyi, regional əməkdaşlıq və davamlı turizm perspektivləri baxımından böyük əhəmiyyət daşıyır. Bu mühüm platformada iştirakımız, yalnız sektordakı yerimizi möhkəmləndirməklə kifayətlənmir, həm də tərəfdaşlıq imkanlarımızı genişləndirməyə xidmət edir.

Almatı Prosesinin əsas məqsədi – miqrasiya sahəsində dialoq və əməkdaşlıq üçün regional çərçivə yaratmaqdır. Biz də turizm sahəsindəki təcrübəmizi və strateji baxışımızı bölüşərək bu məqsədə dəstək verməyə davam edirik.

 Baku Holiday Travel – 2013-cü ildən bəri Azərbaycanın turizm sektorunda etibarlı tərəfdaşınız. Regional və beynəlxalq platformalarda aktiv iştirak etməklə sektora töhfə vermək bizim əsas prioritetlərimizdəndir.

Linkə keçid edin və videonu izləyin