• 47 oxundu

Baku Holiday Travel” Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşulub.

BMT-nin baş katibinin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi daha dayanıqlı və məsuliyyətli bizneslərin yaradılması üçün çərçivəni təklif edir. 160-dan çox ölkədən 10,000 şirkət və 3,000 qeyri-biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bır araya gətirən BMT-nin Qlobal Sazişi bu gün dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Baku Holiday Travel” (BHT) şirkətinin rəhbəri Ramil Rzayev – “ BMT-nin Qlobal Sazişinə qoşulmaqla Baku Holiday Travel şirkətinin əməkdaşlarımızla birlikdə turizm sektoruna daha böyük töhvə verəcəyinə, sazişin ekoloji, sosial və korporativ idarəetmə istiqamətində olan 10 prinsipini öz fəaliyyət və strategiyamızda cəmiyyətə yararlı olacaq şəkildə tətbiq edəcəyik.” – deyə bildirib.
Turizm sektoruna verdiyimiz müsbət dəyərlərdən sonra, Qlobal Sazişə qoşulmaqla, Baku Holiday Travel Sazişin ekoloji, sosial və korporativ idarəetmə istiqamətində olan 10 prinsipini öz fəaliyyət və strategiyamızda tətbiq etməyi öhdəmizə götürürük. ✈️🌿