• 108 oxundu

İqtisadiyyat Nazirliyinin Təşəbbüsü: Qarabağda Yeni Sahibkarlıq İmkanlarına Baku Holiday Travel-dən Təşkilati Dəstək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə 27–28 iyun 2025-ci il tarixlərində “Qarabağı birlikdə quraq” mövzusunda sahibkarlıq yönümlü tədbir keçirilmişdir. Tədbir çərçivəsində iştirakçılar üçün nəzərdə tutulmuş banket və iaşə xidmətlərinin satın alınması və həyata keçirilməsi Baku Holiday Travel şirkətinə həvalə olunmuşdur. Şirkətimiz tərəfindən tədbirin təşkilati hissəsinə uyğun şəkildə xidmətlər peşəkarlıqla yerinə yetirilmişdir.

Görülən işlərə yüksək keyfiyyətli iaşə xidmətləri, menyu planlaması, xidmət heyətinin təşkili və loqistika dəstəyi daxil idi. Tədbirin iştirakçıları üçün rahat və zövqlü mühitin yaradılması məqsədilə bütün detallar nəzərə alınmış, müasir xidmət standartları qorunmuşdur. Baku Holiday Travel olaraq dövlət tədbirlərində göstərdiyimiz xidmətlərlə milli brendimizə dəstək verməkdən qürur duyuruq.