• 61 oxundu

Ramil Rzayev EY 2025-ci İl Mükafat Tədbirində Mükafat Təqdim Edib

EY İlin İş Adamı öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır.


EY İlin İş Adamı proqramı 35 ildən çoxdur ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində fəaliyyət göstərir. EY İlin İş Adamı proqramında iştirak etməklə sahibkarlar öz həmkarları ilə əlaqə qura, bizneslərini böyütmək üçün yeni yollar kəşf edə, şirkət və komanda profillərini yüksəldə bilərlər. Milli mərhələnin qalibi Monte-Karloda keçiriləcək nüfuzlu EY Dünya Üzrə İlin İş Adamı yarışında iştirak etmək imkanını əldə edir


İlin İş Adamı müsabiqəsi 2019-cu ildən etibarən yerli sahibkarları layiqincə qiymətləndirmək, dəstəkləmək və birləşdirmək niyyəti ilə Azərbaycanda da keçirilməyə başladı. Proqram cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarları və onların töhfəsini tanıyır.
Baku Holiday Travel - in ı direktoru Ramil Rzayev, 2024-cü ildə qazandığı EY World Entrepreneur Of The Year titulunun davamı olaraq, EY 2025-ci il Mükafat Tədbirində fəxri qonaq qismində iştirak edib və bu ilki qalibə mükafat təqdim edib.