Istanbul, Türkiye Istanbul, Türkiye

İstanbul, Türkiyə

İstanbul – keçmişin izlərini daşıyan, gələcəyə açılan qapı.
Şərqlə Qərbin qovuşduğu bu möhtəşəm şəhər, əsrarəngiz tarixi, zəngin mədəniyyəti və dinamizmi ilə hər kəsi valeh edir. Aya Sofiya, Topqapı Sarayı, Sultan Əhməd məscidi kimi tarixi abidələri, Bosforun sahilindəki mənzərələri və canlı bazarları ilə İstanbul həm tarixsevərlərin, həm də müasir həyatın ritmini hiss etmək istəyənlərin sevimli ünvanıdır. Qastronomiyası, alış-veriş imkanları və rəngarəng məhəllələri ilə bu şəhər hər ziyarətçisinə unudulmaz anlar yaşadır. 

Fəaliyyətlər:

    • Tarixi yerləri ziyarət etmək

    • Boğazda gəmi turuna çıxmaq

    • Kapalıçarşıda alış-veriş etmək

    • Misir Çarşısında gəzmək

    • Taksimdə gəzmək

    • Qalata Kulesində mənzərəni izləmək

    • Çamlıca Təpəsindən şəhərə baxmaq

    • Prens Adalarına səyahət etmək

    • Beylikdüzü sahilində gəzinti etmək

    • İstanbul Modern və Pera Muzeyində sənət əsərlərinə baxmaq

Şəhərin ən tanınmış simvollarından olan Aya Sofya, Sultanahmet Cəmii, Topqapı Sarayı və Basilica Cisterni kimi tarixi abidələr ziyarətçilərə keçmişin izlərini təqdim edir. Eyni zamanda İstiklal Caddesi, Beyoğlu və Taksim Meydanı kimi müasir bölgələr, şəhərin dinamik və canlı tərəfini nümayiş etdirir. İstanbulun təbiətini də yaşamaq mümkündür. Boğazda gəzinti, Prens Adalarına səyahət və Çamlıca Təpəsindən mənzərəni izləmək kimi fəaliyyətlər şəhərin sakit və gözəl tərəflərini kəşf etməyə imkan verir.
Keçid et
Keçid et