• 44 oxundu

Baku Holiday Travel-in CEO-su Ramil Rzayev “The Millionaire Concept Gala”da Mükafatlandırıldı

Böyük maraqla gözlənilən “The Millionaire Concept Gala” tədbirində, Azərbaycanın turizm sektorunda uğurları ilə tanınan Baku Holiday Travel şirkətinin CEO-su Ramil Rzayev öz fəaliyyətindəki mühüm nailiyyətlərə görə xüsusi mükafata layiq görülüb.

“The Millionaire Concept” tərəfindən təşkil olunan bu prestijli tədbir, iş dünyasında seçilən şəxsləri və brendləri bir araya gətirərək onların uğurlarını qeyd etməyə yönəlib. Ramil Rzayev-in turizm sahəsindəki peşəkarlığı, yenilikçi yanaşmaları və Azərbaycanın beynəlxalq turizm bazarındakı tanıtımına verdiyi töhfə tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Tədbir zamanı həmçinin yeni bir konseptin – Milcon Concierge Club-un açılışı da elan olunub. Bu klub yüksək səviyyəli fərdi xidmətlər, premium səyahət təcrübələri və eksklüziv imkanlar təqdim etməyi hədəfləyir. Milcon Concierge Club-un fəaliyyətə başlaması, ölkədə lüks və fərdi yanaşmaya əsaslanan xidmət mədəniyyətinin inkişafında mühüm addım kimi qiymətləndirilir.