Şirkət Profili

Baku Holiday Travel Group

Bizim Hekayəmiz

Hekayəmiz 2013-cü ildə gənc sahibkar Ramil Rzayevin fikri ilə başladı. O, akademik karyerasına Siyasi Elmlər və İdarəetmə sahəsində başlasa da, Azərbaycana olan dərin bağlılığı və ölkəmizin turizm potensialına duyduğu inam onun əsas ilham mənbəyi oldu. Həvəs və qətiyyətlə hədəfə doğru istiqamət alan Ramil bəy və bir neçə yaxın yol yoldaşı xeyli fədakarlıq göstərərək “Baku Holiday Travel” şirkətinin əsasını qoydular və bu yolda arzularını gerçəyə çevirmək üçün əzmlə çalışdılar.

Qısa müddət ərzində startap mərhələsini uğurla keçən BHT bir neçə nəfərdən ibarət komandası ilə kiçik büdcəli şirkətdən Azərbaycanın daxili və xarici turizm bazarına yön verən aparıcı şirkətlərdən birinə çevrildi. 

Bu gün biz təkcə Azərbaycanda deyil, həm də qlobal miqyasda hər gün minlərlə müştəri ilə əlaqə saxlayırıq və Yer kürəsinin məşhur ağırçəkili turizm şirkətlərindən birinə çevrilmək yolundayıq.

Üzərimizə Götürdüyümüz Missiya Böyük Məsuliyyətdir, Lakin Həyata Keçirməli Olduğumuz Bir Arzumuz Var

Hər bir səyahətçinin fərdi ehtiyaclarını dəqiq şəkildə qarşılamaq və onların ən yüksək səviyyədə xidmət almasını təmin etmək bizim əsas dəyərlərimizdəndir. Eyni zamanda, məqsədyönlü səyahət ideyaları, mənzərəli səyahət marşrutları, qeyri-adi alternativlər, hətta kino seti sərgüzəştləri axtaranlar üçün yüksək səviyyəli həllər və xidmətlər təqdim etmək missiyasındayıq.

Bunlardan başqa, BHT mədəniyyəti birlik, gələcək nəsillər üçün sağlam sabah naminə planetimizə qayğı, sadəlik və minimalizm prinsipləri, hər büdcəyə uyğun qiymət siyasəti, ləyaqətə əsaslanan davamlı inkişaf və Süni İntellekt kimi yeniliklərə açıq olmaq, məsuliyyət və ən əsası, etimad üzərində qurulmuşdur. Çünki biz bir-birimizə güvəndiyimiz, eyni istiqamətdə hərəkət etdiyimiz və səyahətin əvvəlindən sonuna birlikdə əyləndiyimiz zaman güclü oluruq. Bütün bunlar birlikdə səyahət spektrumunda yenidən dirçəlişin – bir renessansın – həyata keçirilməsi istiqamətində başladığımız missiyadır.

Biz Daha Yaxşıya Doğru İrəliləməyə, Dayanıqlı və Uzunmüddətli Səyahətə İnanırıq

Biz hər zaman inanmışıq ki, “Baku Holiday Travel” təkcə korporativ və ya fiziki şəxslər üçün deyil, eyni zamanda bu sahədə mövcudluğunu qorumağa və yenidən canlanmağa ehtiyacı olan turizm agentlikləri üçün də müsbət təsir gücünə malik ola bilər və olmalıdır. Daha yüksək keyfiyyətli xidmət, daha sərfəli təkliflər, daha effektiv təchizat zənciri, daha güclü partnyorlar və daha uzunmüddətli yanaşmalar – bütün bunları eyni vaxtda həyata keçirmək bizim üçün əsas hədəfdir. Baxış bucağımız, tərəfdaşlarımızı, müştərilərimizi, təchizatçılarımızı və Planetimizi qoruyaraq, ən böyük təsir göstərə biləcəyimiz və ən böyük fayda verə biləcəyimiz sahələrdə müsbət dəyişiklik yaratmaqdır.

Ətraf Mühitə Qayğı Göstərmə Prinsipinə Bağlılıq:

Məqsədimiz turizm sənayesində dayanıqlı və davamlı proyektlərə rəhbərlik etməkdir. Bunu necə edirik? Yenilənə bilən resurslara müsbət təsir göstərməyi və istifadəçi dostu rəqəmsal həllərlə karbon emissiyalarımızı azaltmağa çalışırıq. Məsələn, hər şeyi rəqəmsallaşdıraraq son iki il ərzində kağız istifadəsini 70%-ə qədər azaltmışıq. Ətraf mühitin qorunması fəaliyyətləri, tullantıların minimuma endirilməsi proqramları və bərpa olunan enerji mənbələrinin təşviqi vasitəsilə, yüksək tələbat olan tur pakətlərimizdəki məkanların vizual cazibədarlığını və bütövlüyünü qorumağı bu şəkildə hədəfləyirik. Digər tərəfdən, biz biomüxtəlifliyi və təbii ehtiyatları qoruyan mühafizə təşəbbüslərini dəstəkləməklə yerli ətraf mühiti bərpa etməyə və qorumağa çalışırıq. Növbəti 5 il ərzində əsas məqsədimiz bunu yalnız Azərbaycanda deyil, bütün dünyada həyata keçirməkdir.

Səyahət Sektorunda Müxtəliflik, Bərabərlik və İnkluzivlik:

Biz inanırıq ki, səyahət imkanları komandamız da daxil olmaqla hamı üçün əlçatan olmalıdır. Bizim müxtəliflik, bərabərlik və inklüziv öhdəliyimiz bizi müxtəlif işçi qüvvəsini işə götürməyə, təlim və mentorluq proqramları təklif etməyə və iş tapmaqda çətinlik çəkən fərdləri dəstəkləməyə məcbur edir. Biz istedadlı şəxsləri, xüsusilə gəncləri və səyahət həvəskarlarını işə qəbul etmək üçün müxtəlif təşkilatlarla fəal şəkildə əməkdaşlıq edirik, onlara turizm sahəsində uzunömürlü karyeralar qurmağa kömək edirik. Beləliklə, bu şəxslərin sektoru daha dərindən və əyləncəli şəkildə öyrənmək imkanı əldə edə biləcəyinə inanırıq.

İndiyə Qədər Qazanılan Nailiyyətlər – Gələcək üçün Uğurlar

2013-cü ildə qurulduğumuz gündən etibarən həm milli, həm də beynəlxalq miqyasda turizm sənayesinin istiqamətini yenidən formalaşdırmaqla qürur duyuruq. Bu 12 uzun il ərzində BHT ailəsi bir çox mükafat və fəxri adlar qazanıb. Lakin bu, bizim tam potensialımıza çatdığımız və yalnız bu nailiyyətlərə kifayətləndiyimiz mənasına gəlmir; biz daha böyük bir hədəf axtarışındayıq: davamlı və uzunmüddətli uğur.

Kiçik Addımlar Gələcək Uğurların Təməlini Qoya Bilər

  • Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA)
    IATA tərəfindən akkreditasiya olunmağımız, əməliyyat keyfiyyətimizin bir göstəricisidir və dünya miqyasında ən yaxşı turizm xidmətləri və müştəri təhlükəsizliyi sahəsindəki praktikalara sadiqliyimizi təsdiq edir.

  • Birləşmiş Millətlər Qlobal Paktı Üzvlüyü (UNGC)
    Birləşmiş Millətlər Qlobal Paktının fəxri üzvü olaraq, BHT dünyada daha parlaq bir gələcək üçün qlobal hədəflərə uyğun olaraq davamlı, etik və sosial cəhətdən məsuliyyətli biznes təcrübələrinin ən yüksək standartlarını dəstəkləyir. Biz ekoturizmi təşviq edən və dəstəkləyən nadir şirkətlərdən biriyik.

  • Sənayedə Aktiv İştirak
    AMCHAM, AHK, Caspian European Club, ASTA və AZTA kimi güclü təşkilatlara üzvlüyümüz, yerli və qlobal turizm sektorunda aktiv iştirakımızı və liderlik mövqelərindəki təşəbbüslərimizi vurğulamaqdadır.

  • Müştəri Məmnuniyyəti
    Gələcək uğurlarımızın əsas prinsipi sadədir: "müştəri və ətraf mühitin qorunması hər zaman birincidir". Sitatın sonu.


Təklif Etdiyimiz Xidmətlər: 4 Platforma, 1 Məqsəd – Hər Şeyi Sadələşdirmək

Baku Holiday Travel çətiri altında inkişaf etdirilmiş alt brendlərimiz vasitəsilə inteqrasiya olunmuş yerləşdirmə, nəqliyyat və agentlik sistemi ilə turizm sahəsində bütün tələbləri qarşılayan müxtəlif xidmətlər təqdim edirik.

Baku Holiday Travel Ailəsi Tərəfindən Təqdim Edilən Əsas Xidmətlər:

  • VIP Konsyerj

  • DMC, Daxili Turizm, Səyahət Operatoru

  • B2B, B2C, Korporativ, Süni İntellektlə Gücləndirilmiş Rəqəmsal Həllər

  • MICE və Viza Dəstəyi

Bir super platforma yaratmaq əvəzinə, rahatlığınız üçün təklif etdiyimiz xidmətləri hissələrə bölmək qərarına gəldik. Müvafiq məsələləri hərtərəfli nəzərdən keçirdikdən sonra, dörd əsas platforma üzrə razılığa gəldik. Sub-brendlərimzi rəqəmsallaşdırmaqla hər şey indi daha asan, daha sürətli və hamardır. Bu platformaların hər biri fərqli xidmətlər və xüsusiyyətlər dəstinə malikdir; lakin onların dördü də bir əsas məqsədi paylaşır: sadəlik.


BHT.AZ

2023-cü ildə istifadəyə verilmiş BHT.AZ, bir çox funksiyanı birləşdirən dinamik, onlayn platformadır və sizə Azərbaycanda və xaricdə ən sərfəli qiymətlərlə turlar almağa imkan verir. Bu platforma, dünya miqyasında sadə auditoriyaya yönəlmiş olaraq, səyahət rezervasiyalarını asanlaşdırmaqda ixtisaslaşmışdır və istifadəçilərə öz evlərindən rahatlıqla səyahətlə bağlı hər şeyi planlaşdırmaq, qənaət etmək və satın almaq üçün asan istifadə oluna bilən, funksional və əlçatan bir xidmət təqdim edir.

Altı fərqli dildə – Azərbaycan, Türk, İngilis, Rus, Ərəb və Çin – xidmət göstərən BHT.AZ, innovativ dizaynı, güclü axtarış sistemi və istifadəçi dostu interfeysi ilə fərqlənir. Əsas xüsusiyyəti, istifadəçilərin detallı səyahət paketləri və marşrutları sürətli və etibarlı şəkildə yaratmalarını inanılmaz dərəcədə asan və sadə etməsidir. Bugünə qədər, BHT.AZ-ın təchizat zəncirinə 50-dən çox dünya miqyasında tanınmış kompaniya daxildir.

Əsas Funksiyalarına Qısa Baxış:

  • Çox Şəhərli Turlar

  • Aviabiletlər və Otellər

  • Transferlər

  • Avtomobil Kirayəsi və daha çox.

Burada müştərilər, həmçinin yeni və orijinal istiqamətlər haqqında məlumatlılığını artırmaq üçün unikal səyahət ideyalarını tapa bilərlər. Sadəcə BHT.AZ-ə 10 saniyə verin. O, ən yaxşı təklifləri tapmaqda sizə kömək edəcək.


BAKUHOLIDAY.COM

BAKUHOLIDAY.COM iki əsas hissəyə bölünə bilər.

Birinci hissə, Azərbaycanın görməli yerlərini kəşf etmək, portfoliomuzla, nailiyyətlərimizlə tanış olmaq istəyənlər üçündür. Burada peşəkar səyahətçilər tərəfindən qələmə alınmış, maraqlı məqalələr, faydalı tövsiyələr və son tendensiyalar yer alır – yəni Azərbaycana səfər etməzdən əvvəl bilməli olduğunuz hər bir məqam əhatə olunur. Əgər daha çox öyrənmək istəyirsinizsə, sizi vebsaytı özünüz araşdırmağa dəvət edirik. Əminik ki, diqqətinizi çəkəcək maraqlı məlumatlar tapacaqsınız.

İkinci hissə isə xüsusi olaraq korporativ müştərilər üçün nəzərdə tutulmuş giriş bölməsidir. Bu bölmə, Baku Holiday Travel şirkəti tərəfindən rəqəmsal şəkildə təqdim olunan eksklüziv endirimlər, daha ətraflı marşrutlar və premium xidmətlər kimi əlavə imkanlara ehtiyac duyan korporativ müştərilər üçün hazırlanmışdır.

Əvvəllər yalnız bir dil seçimi (İngilis dili) ilə fəaliyyətə başlamışdıq, lakin bu gün BAKUHOLIDAY.COM platformasında artıq üç dil seçimi – İngilis, Rus və Azərbaycan dilləri mövcuddur. Qarşıdakı illərdə bu sayı üçqat artıraraq xidmətlərimizi bütün dünyaya əlçatan etməyi planlaşdırırıq. Sizin üçün gecə-gündüz bu istiqamətdə çalışırıq.


RMLHOLIDAYS.COM

Baku Holiday Travel olaraq, 13 illik təcrübəmizlə Odlar Yurdundakı yerli turizm agentliklərini – xüsusilə sahəyə yeni qoşulanları və kiçik şirkətləri – dəstəkləməyi öz missiyamız olaraq artıq bəyan etmişik. Bu məqsədə uyğun olaraq, onların fəaliyyətlərini, səylərini və sağlam inkişafını asanlaşdırmaq üçün təqdim etdiyimiz RMLHOLIDAYS.COM vebsaytını böyük məmnuniyyətlə təqdim edirik. Arzu edirik ki, B2B tərəfdaşlarımızın inkişafı bizim inkişafımızla paralel getsin və birlikdə dünya turizm sənayesinə əhəmiyyətli töhfə verə bilək.


TURIPO.AI

Hal-hazırda əsas hədəflərimizdən biri də, adından da göründüyü kimi, süni intellektlə idarə olunan ən yaxşı həlləri təqdim edən və qlobal bazarda aparıcı brendlərdən birinə çevriləcək ən son layihəmiz – TURIPO.AI-ni inkişaf etdirməkdir. Güclü texnoloji infrastruktur əsasında qurulmuş bu axtarış motoru vasitəsilə müştərilərimizə dünya miqyasında ən səmərəli şəkildə xidmət göstərməyi hədəfləyirik. Gələcək vizyonumuz TURIPO.AI-ni tam şəkildə inkişaf etdirmək və onu dünya üzrə ən yaxşı 50 şirkət arasında mövqe tutacaq səviyyəyə çatdırmaqdır.