Baku Holiday Travel olaraq, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin təşəbbüsü ilə keçirilən və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyinə həsr olunmuş ilk “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransın uğurla başa çatdığını bildirməkdən qürur duyuruq. 7-8 sentyabr 2023-cü il tarixlərində Bakı şəhərində baş tutan bu mühüm tədbir, sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərini qiymətləndirmək, innovativ yanaşmaları və müasir texnologiyaları tətbiq etməklə gələcək inkişaf yollarını müəyyənləşdirmək məqsədi daşıyırdı. Konfrans yerli və beynəlxalq ekspertləri bir araya gətirərək böyük uğur qazandı.


- 43 oxundu
DOST Agentliyinin konfransı - Baku Holiday Travel təşkilatçılığı ilə!
İki plenar və üç paralel iclasdan ibarət olan konfrans proqramı boyunca, yerli və beynəlxalq sahə ekspertləri müxtəlif mövzularda dəyərli təqdimatlar, maraqlı panel müzakirələr və ilhamverici çıxışlar etdilər. İştirakçılar sosial xidmətlər sahəsində ən son yeniliklər və gələcək trendlər haqqında geniş məlumat əldə etmək imkanı qazandılar.
Baku Holiday Travel olaraq, bu əlamətdar beynəlxalq konfransın təşkilində və uğurlu keçməsində iştirak etməkdən məmnunluq duyuruq. İnanırıq ki, bu tədbir Azərbaycanda sosial xidmətlərin inkişafına mühüm töhfə verdi və gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaratdı.