INTOSAI Alt Komitəsinin İllik Toplantısı Bakıda Baku Holiday Travel-in Təşkilati Dəstəyi ilə Baş Tutdu
Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi və Baku Holiday Travel-in təşkilati dəstəyi ilə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) nəzdində fəaliyyət göstərən Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt Komitənin illik toplantısı Bakıda keçirilib.
Tədbirdə çıxış edən Hesablama Palatasının auditoru Hilal Hüseynov, dövlət sektorunda uçot və hesabatlılıq sahəsində aparılan islahatların audit sahəsinə təsirindən və INTOSAI-nin son fəaliyyət istiqamətlərindən bəhs edib. O, Alt Komitənin həyata keçirdiyi layihələr və gələcək planları barədə iştirakçılara ətraflı məlumat təqdim edib.