2023-cü il mayın 8-də Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura (ICOMOS) və ICOMOS Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq təlim proqramı start götürüb.
Tədbirin təşkilati hissəsi Baku Holiday Travel tərəfindən yüksək səviyyədə təmin olunub. İştirakçıların qarşılanması, loqistika, tədbir məkanının hazırlanması və digər təşkilati işlər peşəkar turizm standartlarına uyğun şəkildə həyata keçirilib. Bu dəstək Azərbaycanın beynəlxalq miqyasda peşəkar xidmət potensialını bir daha nümayiş etdirmişdir.