• 70 oxundu

Bakıda INTOSAI Alt Komitəsinin İllik Toplantısı: Baku Holiday Travel-dən Təşkilati Dəstək

INTOSAI Alt Komitəsinin İllik Toplantısı Bakıda Baku Holiday Travel-in Təşkilati Dəstəyi ilə Baş Tutdu

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyiBaku Holiday Travel-in təşkilati dəstəyi ilə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) nəzdində fəaliyyət göstərən Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt Komitənin illik toplantısı Bakıda keçirilib.

Tədbirdə çıxış edən Hesablama Palatasının auditoru Hilal Hüseynov, dövlət sektorunda uçot və hesabatlılıq sahəsində aparılan islahatların audit sahəsinə təsirindənINTOSAI-nin son fəaliyyət istiqamətlərindən bəhs edib. O, Alt Komitənin həyata keçirdiyi layihələr və gələcək planları barədə iştirakçılara ətraflı məlumat təqdim edib.

Toplantı Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, ABŞ və digər ölkələrin ali audit qurumlarının nümayəndələrinin iştirak və təqdimatları ilə davam edib. İştirakçılar arasında maliyyə auditi üzrə beynəlxalq standartlarda edilən dəyişikliklər, tətbiq edilən yeni metodologiyalar və qarşıya çıxan çətinliklər müzakirə olunub.

Tədbirin təşkilati hissəsi Baku Holiday Travel tərəfindən yüksək səviyyədə təmin olunub. İştirakçıların qarşılanması, logistika və tədbir xidmətləri peşəkar turizm həlləri ilə dəstəklənib. Şirkətimiz bu cür beynəlxalq tədbirlərdə iştirak etməklə Azərbaycanın peşəkar xidmət potensialını nümayiş etdirməkdən qürur duyur.

Linkə keçid edin və videonu izləyin