FAQs
High-level participants and government officials attend the 7th SDG Dialogue in Baku, seated in a formal conference hall with press coverage in the background.

BHT-ın Təşkilati Dəstəyilə Bakıda 7-ci DİM Dialoqu Keçirildi

14 oktyabr 2025-ci il tarixində Bakıda “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilib. Tədbir BMT-nin Azərbaycandakı Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Dialoq çərçivəsində təhsilin maliyyələşdirilməsi, yeni investisiya imkanları, insan kapitalının inkişafı və innovasiyaların təşviqi mövzuları müzakirə olunub. BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Elm və təhsil nazirinin müavini İdris İsayev tədbirdə çıxış ediblər. Panel sessiyanın moderatoru Hüseyn Hüseynov olub.

BMT-nin iqtisadçısı Hurşid Rüstəmov təhsil sektoruna dair təhlil təqdim edib. Sonda DİM Dialoq Jurnalı təqdim olunub.

Baku Holiday Travel olaraq belə mühüm tədbirlərə təşkilati dəstək göstərməkdən məmnunuq və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə davam edirik.