Çaşdırıcı Adlar: Bakı yaxud Qobustan Palçıq Vulkanları
Sadəcə məlumat üçün qeyd edim ki, Azərbaycan dünyada unikal və klassik palçıq vulkanları regionu kimi tanınır.
Üstəlik, dünyada məlum olan palçıq vulkanlarının təxminən üçdə biri Şərqi Azərbaycanda yerləşir.
Yəni:
Onların çoxu Abşeron yarımadasındadır.
Bakı və Qobustan da bu yarımadanın bir hissəsidir.
Amma bu o demək deyil ki, Bakıda olan palçıq vulkanları Qobustandadır.
Əlbəttə, Bakıda da onlarla palçıq vulkanı var, məsələn:
Mən internetdə çoxlu səyahət bloggerlərinin bu mövzuda yanlış məlumat verdiyini görürəm, ona görə bu məlumatı vacib hesab edirəm.
Adətən, onlar Qobustan bölgəsindəki palçıq vulkanlarını Bakının ən yaxşı görməli yerlərindən biri kimi göstərirlər.
Hətta “Bakıda ediləcək 15 ən yaxşı şey” siyahısına daxil edirlər.
Amma bu tam olaraq belə deyil.
Əslində, Qobustan Azərbaycanın paytaxtından əhəmiyyətli dərəcədə uzaqdır.
Qısası, Bakı və Qobustan bir-birinə nisbətən yaxın kimi görünən (ən azından xəritə üzərində belədir), amma fərqli zonalardır.
Əgər turistsinizsə, çox güman ki, məhz Qobustan palçıq vulkanlarını ziyarət səyahət planınızda olacaq.
Yoxsa, Bakının palçıq vulkanlarını da ziyarət edə biərsiniz.
Qobustandakı Palçıq Vulkanlarında Sizi Nə Gözləyir
İstər inanin, isətərsə də yox, ancaq ilk baxışda heyrətlənəcəksiniz.
Ərazi olduqca qurudur və hər yerdə köpürən kiçik təpəciklər var.
Sanki Ayın səthinə düşmüsünüz.
Tamamilə başqa aləmdir.

Qobustan palçıq vulkanları getdiyiniz heç bir yerə bənzəmir.
Bu vulkanlardakı palçıq aşağıdakılardan ibarət bir qarışımdır:
Gil
Allüvi
Və digər minerallar.
Bu da səthə özünəməxsus görünüş verir.

Digər tərəfdən, bu palçıq müalicəvi xüsusiyyətlərə malikdir və bir çox insan palçıq vannalarından faydalanmaq üçün bu əraziyə gəlir.
Bədəni toksinlərdən təmizləyir, minerallarla zəngindir və qan dövranını yaxşılaşdırır.
Və həm də stressin azalmasına kömək edir.
Vaxtınız varsa, bu vannaya girə bilərsiniz.
Yoxdursa, sonradan istifadə etmək üçün üz maskası kimi götürə bilərsiniz.
Sadəcə unutmayın: istifadə etməzdən əvvəl allergiya testi edin.
Bundan əlavə, şəkil çəkmək üçün də kifayət qədər imkanlar olacaq.
Əgər səhranın və səmanın kontrastını yaxşı balanslaşdıra bilsəniz, mükəmməl fotolarla qayıdacaqsınız.

Şaslı olsanızç hətta palçığın püskürdüyünü və ya köpürdüyünü görə bilərsiniz - bu da səfərinizi daha həyəcanlı edəcək.
Mənim bəxtim gətirdi, ilk ziyarətimdə bu hadisənin canlı şahidi ola bildim.
Bakıdan Qobustan Palçıq Vulkanlarına Necə Getmək Olar?
Turistlərin ən çox verdiyi suallardan biri də budur: Bakıdan Qobustan Palçıq Vulkanlarına necə getmək olar?
Qobustan Bakıdan təxminən 64 kilometr (40 mil) cənub-qərbdə yerləşir və ilk dəfə gedənlər üçün bir qədər çətin ola bilər.
Ona görə də mən şəxsən Qobustan Palçıq Vulkanı turu üçün bələdçili bir günlük tur götürmüşdüm.
Əgər ilk dəfədir Qobustana gedirsinizsə, bu seçim daha faydalı olacaq.
Nə demək istəyirəm?
Bu şəkildə siz həm Qobustan palçıq vulkanlarını, həm petroqlifləri, həm də yaxın əraziləri eyni gündə görəcəksiniz və vaxt itirməyəcəksiniz.
Amma bu tək seçim deyil, Qobustana getməyin başqa üsulları da, əlbəttəki, var:
Google Maps göstərir ki, Bakının İçərişəhər hissəsindən Elet-Bakı yolu ilə Qobustan Palçıq Vulkanlarına məsafə təxminən 70 km-dir.
Ümumilikdə, ortalama hesabla Bakının mərkəzindən Qobustana getmək 1 ilə 1.5 saat arası çəkəcək.
Faydalı ipucu: Bakı Beynəlxalq Avtovağzal Kompleksimndən Qobustana gedən avtobus ən sərfəli seçimdir (adam başı 3 dollardan azdır).
Amma nəzərə alın ki, bu həm də ən yorucu və vaxt alan seçimdir.
Qobustanda Hava: Oraya Gedərkən Nə Geyinmək Lazımdır?
Ümumiyyətlə, Qobustanda hava Abşeron yarımadasına görə isti və quru olur.
Eyni zamanda, Bakı qədər də küləkli ola bilir.
Yerin səthində duz təbəqəsi aydın şəkildə hiss olunur.
Palçığın necə quruduğunu, çatladığını və rənginin dəyişdiyini gözlərinizlə görə bilərsiniz.
Xüsusilə də yayda.

Amma oraya yalnız qısaqol geyinərək, ilin istənilən vaxtında və plansız getmək olmaz.
Ona görə, özünüzlə dörd fəsil üçün nələri götürməli olduğunuzu bilməkdə fayda var:
Yaz Üçün Tövsiyə (Mart - May)
Yazda uzunqollu köynək kimi nazik geyimlə kifayətlənmək olar.
Bu həm də palçıq vulkanlarını ziyarət üçün ən yaxşı vaxtdır.
Nə çox soyuq, nə çox isti - əla zaman, əla fürsət.
Bu arada, ərazidə torpaq qayalı və kələ-kötür olduğundan yüngül yürüyüş üçün rahat və möhkəm ayaqqabı geyinməyi unutmayın.
Yay Üçün Tövsiyə (İyun - Avqust)
Çox güman bilirsiniz ki, Qobustanda yay çox keçir.
Buna görə, yüngül və nəfəs alan geyimlər geyinmək tövsiyə olunur, məsələn, pambıq material.
Günəşdən qoruyucu krem istifadə etməyi unutmayın.
Ən vacibi - kifayət qədər su və gün eynəyi mütləq özünüzlə götürün
Payız Üçün Tövsiyə (Sentyabr - Noyabr)
Hava sərinləşdikcə, uzunqollu köynək və ya yüngül gödəkçə, eləcə də rahat ayaqqabı geyinmək idealdır.
Xüsusilə axşamlar bir az soyuq ola bilər, ona görə axşam üçün sviter və ya əlavə gödəkçə götürün.
Qış Üçün Tövsiyə (Dekabr - Fevral)
Qışda Qobustanda hava mülayim olur, amma bəzən çox soyuqlaşa bilər.
Palto, qalın gödəkçə və ya yun sviter geyinmək mütləqdir.
Hava şəraitinə uyğun olaraq kifayət qədər əlavə geyim də götürmək lazımdır.

Qobustan Palçıq Vulkanlarına Giriş Haqqı
Qobustan Palçıq Vulkanlarına Giriş, ümumiyyətlə pulsuzdur.
Çünki palçıq vulkanları açıq təbiət ərazisində yerləşir və ora daxil olmaq üçün rəsmi biletə ehtiyac yoxdur.
Amma Qobustan Palçıq Vulkanları Turizm Kompleksi-ni ziyarət etmək istəsəniz bilet almaq almaq lazımdır.
Bu kompleks sizə belə bir tam təcrübə təqdim edir: palçıq vulkanlarına, məlumat mərkəzinə və muzeyə ziyarət.
Hazırda kompleksə giriş haqqı təxminən 3 - 15 AZN arasındadır (təxminən 2 - 9 ABŞ dolları).
Unutmayın, diz Qobustan turununzu planlaşdırarkən qiymətlər də dəyişə bilər.
Qobustan Palçıq Vulkanlarında Sizə Xoş Səfər Arzulayıram
Qobustandakı palçıq vulkanlarını sözlə izah etmək çox çətindir.
Ümid edirəm ki, bu qeyri-adi yer haqqında sizə real hissləri əks etdirən yaxşı bir ümumi baxış verə bildim.
Və sizə 100% əminliklə deyə bilərəm ki, ziyarətinizə dəyəcək.
Əgər təbiət həvəskarısınızsa, fotoqrafsınızsa, ya da geologiya maraqlısınızsa - bu yer sizin üçündür.
Rəylərinizi önəmlidir.
Əgər hər hansı sualınız olsa, burdayıq.
Leave a Comment