• 604 oxundu
  • 10.09.2025 15:56

Azərbaycan Milli Geyimləri: Ənənənin Tarixi İzləri

"Odlar Yurdu" adı çəkiləndə ağıla gələn ilk şeylər, neft-qaz, xalçalar, zəngin Azərbaycan mətbəxi və ya fərqli turistik yerlər olur. Kimlərsə isə yalnız Alov Qüllələrini xatırlayır.

Bəs milli geyimlərimiz necə? Çoxları bu mövzunu unudur, halbuki unudulmamalıdır. İnternetdə bu haqda demək olar ki, heç bir məlumat yoxdur, amma biz bu status-kvonu dəyişəmək niyyətindəyik.

Azərbaycan milli geyimləri bir neçə yüz illik mədəniyyətin, zərif sənətkarlığın və dərin mənaların parça üzərində yaşayan bənzərsiz nümunələrdir: Eynilə, Azərbaycan xalçalarında olduğu kimi.

Qarabağdan Qubaya qədər, hər bölgənin özünə xas rəngləri, naxışları və üslubu vardı. Bu geyimlərin çoxunun tarixi yüz illər əvvələ, (məs. Şəki Xan Sarayının inşa edildiyi dövrlərə), hətta xanlıqlar dövründən də əvvələ gedib çıxır.

Əgər siz də milli geyimlərin:

Tarixi kökləri;

Bölgələr üzrə fərqli üslubları;

Və qadın/kişi geyimlərinin növləri barədə məlumat axtarırsınızsa, düz gəlmisiniz, bu məqalə sizə Azərbaycanın milli geyimləri ilə bağlı ətraflı, lakin anlaşıqlı məlumatlar verəcək. 

Üstəlik, Bakıda onları haradan almağın yollarını da öyrənəcəksiniz.

Elə isə gəlin, vaxt itirmədən, bu geyimlərin hər qatında gizlənən hekayələri birlikdə kəşf etməyə qoyulaq.

Azərbaycan milli geyimlərinin tarixi mənşəyi

Tarixən Azərbaycan milli geyimləri sadəcə geyim deyil, həm də dərin mədəni mənalar daşıyıb.

Başqa sözlə, bu geyimlər xalqın etnik kökünü, xalq yaradıcılığının bədii üslubunu və zamanla necə formalaşdığını əks etdirir.

Həmin geyimlərdə hər biri xüsusi diqqətlə toxunmuş gözəl bədii naxışlar və bəzək elementləri var.

İnanmaq çətin olsa da, bu geyimlər haqqında bir qədər məlumat topladıqdan sonra köhnə fotolara baxıb insanın kimliyini və haradan olduğunu belə təxmin etmək mümkündür. Təbii ki, bunun üçün cüzi məşq lazımdır.

Şübhəsiz ki, milli Azərbaycan geyimlərinin tarixi çox qədimdir, bu köklər min illər öncəyə, İpək Yolunun fəaliyyətə başladığı dövrlərə qədər gedib çıxır.

Məsələn, 5-6-cı əsrlərə aid Mingəçevir katakomba qəbirlərində ipək parçalarla hazırlanmış geyim nümunələri tapılıb.

O dövrlərdə insanlar əsasən yun, ipək və pambıq kimi yerli və ya ticarət yolu ilə gətirilən parçalardan istifadə edirdilər.

Geyimin hər elementi bir məqsədə xidmət edirdi - bədəni qorumaqdan tutmuş, insanın var-dövlətini və ya sosial statusunu nümayiş etdirməyə qədər. Məsələn, Koreya hanboku kimi, Azərbaycan geyimləri də rəngarəng, axıcı və simvolik məna ilə zəngin idi.

Lakin hanbokda tez-tez pastel tonlar üstünlük təşkil edirdisə, Azərbaycan geyimlərində tünd qırmızı, yaşıl və qızılı rənglərə üstünlük verilirdi.

Kişilər enli şalvarlar, uzun üst paltarlar və bel kəmərlərindən istifadə edirdilər. Geyimləri rahat idi, amma zərifliyi də qoruyurdu.

Qadınlar isə paltar və ətəkləri üst-üstə geyinir, onları baş örtükləri və gümüş bəzəklərlə tamamlayırdılar.

Uşaqların geyimi isə böyüklərinkinə bənzəyirdi, sadəcə ölçü olaraq kiçik idi.

Qadın və kişi geyimlərinin hər bir detalı və adları barədə az sonra ətraflı danışacağam.

Ancaq əvvəlcə gəlin görək, vaxtilə bölgələr üzrə geyimlər necə fərqlənirdi.

Azərbaycanın bölgələri görə milli geyim üslubları

Azərbaycanın milli geyimlərindən danışanda mütləq orta əsrlərə və ya qədim zamanlara getmək lazım deyil.

Əslində, yaxın keçmişdə bölgələr üzrə insanların geyim tərzi bu barədə çox şey deyir.

Məsələn, 17-18-ci əsrlərdə Azərbaycanda geyim tərzi vahid deyildi.

Əksinə, o, bölgəyə, iqlimə və insanların həyat tərzinə görə dəyişirdi.

Sadə dillə desək, Bakıda - Xəzər sahilinə yaxın yerlərdə - hava küləkli olduğundan geyimlər daha yüngül və praktik olurdu. Bu bölgənin geyimləri digər bölgələrə nisbətən bir qədər daha dəbli görünürdü.

Uzun, sərbəst geyimlər seçilirdi, amma dağlıq bölgələrlə müqayisədə seçilən parçalar daha nazik olurdu.

Qərbdə isə, (Gəncə və Qarabağda) daha ağır məxmərdən tikilmiş geyimlər, rəngli kəmərlər və qat-qat ətəklərlə yanaşı canlı naxışlar üstünlük təşkil edirdi.

Geniş ticarət əlaqələri səbəbindən, bu bölgələrin naxışlarında Fars üslubunun elementləri və göz oxşayan parlaq boyalar öz əksini tapırdı.

Bir qədər şimala - ipək istehsalı ilə tanınan Şəkiyə getsək, burada geyimlər daha bəzəkli və parıltılı olurdu. Əl ilə toxunan ipək parçalar, qızıl sapla işlənmiş detallarla tamamlanırdı.

Bu bölgənin geyimləri çox vaxt var-dövlətin göstəricisi idi: daha çox qat, daha zəngin parça; həm kişilər, həm də qadınlar üçün gözə çarpan baş örtükləri.

Digər tərəfdən, Azərbaycanın cənub-qərbində yerləşən Naxçıvanda daha sakit rənglərə və qalın materiallara üstünlük verilirdi. Çünki bu bölgənin iqlimi həm qışda sərt, həm də yayda dözülməz dərəcədə isti olur.

Burada yun və keçə daha çox istifadə olunurdu, arxalıq isə bütün qış boyu əvəzolunmaz geyim idi.

Bu arada, subtropik iqlimi olan Lənkəranda isə geyimlər yüngül idi, amma cənub bölgəsinə xas zəriflik daşıyırdı. Burada da nazik parçalar seçilirdi, amma təbiətdən ilhamlanan daha canlı naxışlarla bəzədilirdi; yarpaq, çiçək və su motivləri ilə.

Bir sözlə, Azərbaycan milli geyimləri ölkənin hər bölgəsində fərqli üslublar və təsirlərlə formalaşmışdır.

Azərbaycan milli kişi geyimləri

Tarixi baxımdan Azərbaycan milli geyimləri içində kişi geyimləri 3 əsas hissəyə ayrılır:

Üst geyimlər;

Baş geyimləri;

Və ayaqqabılar.

Hər elementin öz hekayəsi var idi və böyük ehtimal ki, əllə, sevgi və zəhmətlə tikilirdi.

Gəlin hər birinə ayrı-ayrılıqda baxaq.

Kişilər üçün üst geyimlər

Köhnə dövrlərdə azərbaycanlı kişilər geyimlərini lay-lay geyinməyi sevirdilər. Əvvəlcə sadə köynək, onun üzərindən isə həm istilik, həm də üslub və yaraşıqlıı görkəm üçün əlavə qatlar geyinilirdi. Gəlin, məşhur geyim nümunələrinə nəzər salaq:

  • Arxalıq - kişilərin geyindiyi, beldən bədənə kip oturan uzun gödəkcə. Adətən kaşmir, ipək, atlas və ya məxmər kimi keyfiyyətli parçalardan tikilirdi. Bunu Azərbaycan milli gödəkçəsi kimi təsəvvür edə bilərsiniz.

  • Çəpkən - əsasən qadınların geyindiyi bu geyim, əvvəllər kişilər tərəfindən də istifadə olunurdu. Beldən yuxarı ölçüdə, dar və uzun yaxalıqlı, ya uzun, ya da üçdəbir qol uzunluğunda idi. Çəpkənin ən məşhur və bədii nümunələrindən biri - Nadir Şahın çəpkəni - hazırda Azərbaycan Milli Tarix Muzeyində nümayiş olunur.

  • Çuxa - arxalığın üzərinə geyinilən ağır, ön hissəsi açıq bir geyimdir. Yan tərəflərində yarıqlar olurdu və sinəsində bəzən güllə üçün kiçik ciblər yerləşdirilirdi. Onun maraqlı xüsusiyyəti ondan ibarət idi ki, aşağı hissəsi bəzən beldən ayrılan formada tikilirdi. Çuxa Qafqaz xalqları arasında geniş yayılmışdı. Bu gün bir çox rəqs qrupları məhz bu geyimlərdə səhnəyə çıxırlar.

  • Kürk - qış aylarında kişilərin geyindiyi, quzu dərisindən tikilən isti üst geyimi idi. Düyməsiz və ya bağsız olduğu üçün sadəcə bədənə dolanırdı. Soyuq dağlıq ərazilər üçün əvəzolunmaz hesab edilirdi.

  • Köynək - pambıq və ya kətan parçadan tikilən, bütün geyim qatlarının altına geyilən sadə, yumşaq və hava keçirən alt geyimi. Bu gün də "köynək" sözü ümumilikdə bütün köynəklərə aid edilir.

  • Şalvar - beldən iplə bağlanan, enli və rahat kişi şalvarları. Xüsusilə at üstündə olanlar üçün sərbəst hərəkət imkanı verirdi.

Kişilər üçün baş geyimləri

Qədim zamanlarda kişilər başlarına nə geyindiklərinə çox ciddi yanaşırdılar. Bu geyimlərdən bəziləri belə idi:

  • Papaq - kişilər üçün ən simvolik baş geyimi hesab olunurdu. Adətən quzu və ya karakul dərisindən hazırlanırdı. Dairəvi və ya konus şəkilli formaları olurdu. Qarabağ və Naxçıvan kimi soyuq bölgələrdə daha geniş yayılmışdı. Papaq müxtəlif növlərdə olurdu: Yappa papaq, Motal papaq, Şiş papaq və s. Bir dövr vardı ki, papaqsız kişi cəmiyyət içində gülüş hədəfinə çevrilirdi. Bu, təkcə Azərbaycana yox, bütün dünyaya xas idi. Bu gün də Bakının küçələrində yaşlı kişilərin papaqla gəzdiyini görmək mümkündür.

  • Əmmamə (və ya imamlıq) - başa dolanan ağ parçadan ibarət sarıq formasında idi. Adətən dini statusu olanlar, şeyxlər və mollalar tərəfindən geyinilirdi.

  • Əşar -  daha yüngül və rahat olan bir baş örtüyü idi. Adətən gənc kişilər və ya işləyən təbəqə tərəfindən geyinilir, qeyri-rəsmi və gündəlik istifadə üçün nəzərdə tutulurdu.

  • Ərəkçin - papağın altından geyinilən dar və başa oturan örtük idi. Papağı təmiz və yerində saxlamaq üçün istifadə olunurdu.

Kişilər üçün ayaqqabılar

Ayaqqabılar da kişi geyiminin ayrılmaz hissəsi idi. Onlar həm praktik, həm də simvolik məna daşıyırdı.

Ənənəvi kişi ayaqqabıları çarıq adlanırdı. 

Bunlar dabansız, yumşaq dəridən hazırlanan, əsasən isti fəsillərdə geyinilən ayaqqabılar idi.

Bu arada, kişilər çarıqlarının altına corab geyinirdilər. Bu gün də Azərbaycanda bütün corablara “corab” deyilir.

Şəhərlərdə isə kişilər əsasən dəridən hazırlanan rahat ayaqqabılar geyinirdilər. Zənginlər arasında isə uzunboğaz çəkmələr dəbdə idi.

Azərbaycan milli qadın geyimləri

Qadın geyimləri öz zərifliyi, parlaq rəngləri və lay-lay quruluşu ilə həmişə seçilib.

Kişilərdə olduğu kimi, qadınların da nə geyinəcəyi onların yaşına, harada yaşadıqlarına və əlbəttə ki, sosial statuslarına görə dəyişirdi.

Qadınlar üçün üst geyimlər

Qadın geyimlərində üst qatlar xüsusi əhəmiyyət daşıyırdı.

İki əsas geyim növünü qeyd etmək yerinə düşər:

  • Kömək - pambıq və ya ipəkdən hazırlanmış yumşaq, uzunqollu və açıq rəngli alt paltardır. Əsas qat kimi geyinilirdi.

  • Şalvar - kişilərinki ilə oxşar olsa da, qadınların şalvarları daha bəzəkli və naxışlı olurdu. Qat-qat geyimlərin altında rahatlıq və estetika üçün istifadə edilirdi.

Qadınlar üçün baş geyimləri

Qadın baş geyimləri həm incəlik, həm də simvolik məna daşıyırdı:

  • Ləçək və Çalma - Qat-qat baş örtükləri və sarıqlar, çox vaxt qızılı aksessuarlarla birlikdə istifadə olunurdu. Keçmişdə bunlar həm təvazökarlıq, həm də sosial status göstəricisi idi.

  • Çutğa - Qadınlar saçlarını deyil, başlarını örtmək üçün çutğa adlanan baş örtüyündən istifadə edirdilər. Onun arxa hissəsi isə adətən kəlağayıdan ibarət olurdu. Bu parça naxışlı olur və qadının belinə qədər uzanırdı.

Qadınlar üçün ayaqqabılar

Qadın geyiminin tamamlayıcı hissəsi ayaqqabılar idi. Ən çox yayılan növlər bunlar idi:

  • Çarıq - Kişilərdə olduğu kimi, qadınlar da əl işi, dəridən hazırlanan ayaqqabıları geyinirdilər. Xüsusilə kənd yerlərində sadə və dözümlü modellər üstünlük təşkil edirdi.

  • Papağac - Parça və ya məxmərdən tikilən yumşaq ayaqqabılar idi. Əsasən Şəki və Gəncə kimi şəhərlərdə populyar idi.

  • Məşin - Keyfiyyətli dəridən hazırlanan, aşağı kəsimli və rəngarəng corablarla geyinilən ayaqqabı növü idi. Soyuq havalarda istifadə olunurdu.

Təbii ki, qadınlar da ayaqqabılarının altına corab geyinirdilər. Bu yun corablar həm istilik, həm də bəzək baxımından əhəmiyyətli idi.

Azərbaycan milli geyimlərini haradan almaq olar

Yaxşı xəbər budur ki, Azərbaycan milli geyimlərini satışda tapa biləcəyiniz bir neçə məkan mövcuddur. Bakı şəhərinin müxtəlif məhəllə və küçələrində bu geyimləri əyani şəkildə tapa, və ya onlayn sifariş edə bilərsiniz.

Məsələn, Bakıda olsanız, yolunuzu mütləq İçərişəhər (Qədim Şəhər) tərəfə salın. 

Buradakı mağazalarda əl işi, keyfiyyətli geyimlər - arxalıq, çuxa, ənənəvi şərflər və digər milli geyimlər satılır.

Bundan əlavə, Nizami küçəsinin ətrafında müasir və ənənəvi elementləri qarışdıran butiklər də var.

Əgər hazırda Azərbaycanda deyilsinizsə, narahat olmayın.

Bakıda fəaliyyət göstərən yerli dizaynerlərin idarə etdiyi instagram səhifələrinə baxa bilərsiniz.

Xüsusi tədbirlər üçün sifarişlə geyim tikdirmək imkanı da var. Bu cür fərdi geyimlər bahalı olsa da, bədənə tam oturması və detallara diqqət yetirilməsi səbəbindən buna pul xərcləməyə dəyər.

Bu qədər! Ümid edirəm ki, Azərbaycan milli geyimləri haqqında bir sıra faydalı məqamları öyrəndiniz və bu məlumatlar sizin üçün həm orijinal, həm də asan başa düşülən oldu.

Rəy Yazın

Əlaqəli Postlar

Veb saytımızın blog bölməsi, məlumatlandırıcı və ilham verici məqalələrdən ibarət seçilmiş bir kolleksiyadır.