Turizm sektorunun aparıcı brendlərindən biri olan Baku Holiday Travel, 2025-ci ilin ən nüfuzlu beynəlxalq turizm sərgilərindən biri olan ITB China 2025-də iştirak etdi. Çinin Şanxay şəhərində baş tutan bu tədbir dünya üzrə turizm əlaqələrinin inkişafı, yeni əməkdaşlıqların qurulması və bazarların öyrənilməsi baxımından əvəzsiz imkanlar yaratdı. ITB China 2025 sərgisi bizə Çin və Asiya bazarının dinamikası, səyahətçilərin yeni meyilləri və texnoloji yeniliklər barədə dəyərli bilgilər qazandırdı. Bu təcrübə ilə, Baku Holiday Travel olaraq müştərilərimizə daha rəqəmsallaşmış, çevik və fərdiləşdirilmiş turizm həlləri təqdim etmək üçün yenilənmiş planlarla geri dönürük.
.jpeg)